Qaydalar
- Məzun geyimi necə təhvil verilirsə, eyni vəziyyətdə geri qaytarılmalıdır.
- Geyim üzərində hər hansı dəyişiklik etmək (tikiş etmək, kəsmək, yapışdırmaq, parçaya zərər vurmaq) qəti qadağandır. Bu hal baş verdiyi təqdirdə 25 AZN cərimə tətbiq olunur.
- Geyimin hər hansı hissəsinin itirilməsi halında 35 AZN, geyimin tam itirilməsi halında isə 55 AZN cərimə edilir.
- Tac və digər aksesuarların hər birinin itirilməsi halında 15 AZN cərimə tətbiq edilir.
- Geyim və aksesuarlar yalnız fərdi qaydada təhvil götürülə və təhvil verilə bilər. Qrup halında geyim götürmək və ya qaytarmaq qadağandır.
- Məzun özünə və ya yaxınına məxsus aktiv əlaqə nömrəsi təqdim etməlidir.
- Təhvil aktında adı qeyd olunan məzun götürdüyü bütün geyim və aksesuarların tam məsuliyyətini daşıyır.
- Məzun geyimləri maksimum 24 saat müddətinə kirayə verilir.
- Geyim götürüldükdə məzunun və ya yaxın ailə üzvünün şəxsiyyətini təsdiq edən sənədin məlumatları qeydiyyata alınır.
- Geyimlərin təhvil alınması və qaytarılması yalnız iş saatlarında həyata keçirilir.
