MƏZUN GEYİMLƏRİNİN VƏ AKSESUARLARININ KİRAYƏSİ ÜZRƏ İCTİMAİ OFERTA (MÜQAVİLƏ)
Sənədin kodu: MD-2026/01
Qüvvəyə minmə tarixi: 23 İyun 2026
PREAMBULA
Bu sənəd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408-ci maddəsinə uyğun olaraq rəsmi İctimai Oferta (Kütləvi Təklif) hesab olunur. Məzun geyimlərinin və aksesuarlarının kirayəsi üzrə xidmət göstərən mezundunyasi.com internet platforması (bundan sonra — “Kirayəyə verən”) ilə bu Müqavilənin 1.2-ci bəndində göstərilən qaydada Aksept etmiş fiziki şəxs (bundan sonra — “Kirayəçi”) arasında aşağıdakı şərtlərlə Kirayə Müqaviləsi bağlanmışdır.
1. MÜQAVİLƏNİN MÖVZUSU VƏ AKSEPTİ
1.1. Müqavilənin mövzusu, Kirayəyə verən tərəfindən mülkiyyət və ya sərəncam hüququna sahib olduğu məzun geyimlərinin (mantiya, papaq, lent və s.) və əlaqəli aksesuarların (tac, sancaq və s.) Kirayəçinin sifarişi əsasında müvəqqəti istifadəyə (kirayəyə) verilməsi, Kirayəçinin isə müəyyən edilmiş xidmət haqqını ödəyərək əmlakı vaxtında geri qaytarmasından ibarətdir.
1.2. Kirayəçinin internet saytında və mağazada sifariş formasını doldurması, müqavilə şərtlərini təsdiqləyən xananı işarələməsi və ya təyin olunmuş beh (avans) məbləğini ödəməsi bu Müqavilənin şərtlərinin tam və qeyd-şərtsiz qəbulu hesab olunur və Müqavilə hüquqi qüvvəyə minir.
2. TƏHVİL-TƏSLİM VƏ İSTİFADƏ QAYDALARI
2.1. Maksimal Müddət: Müqavilə predmeti olan əmlak Kirayəçiyə maksimum 24 (iyirmi dörd) saat müddətinə kirayə verilir. Müddətin hesablanması əmlakın faktiki təhvil verildiyi andan başlayır.
2.2. Fərdi Qayda: Əmlakın təhvil verilməsi və geri qaytarılması prosesi mütləq fərdi qaydada həyata keçirilir. Qrup şəklində, toplu və ya üçüncü şəxslər vasitəsilə əmlakın götürülməsi və ya qaytarılması qəti qadağandır.
2.3. Rejim: Təhvil-təslim əməliyyatları yalnız Kirayəyə verənin rəsmi elan olunmuş iş saatları daxilində və mağazada icra edilə bilər.
2.4. Maddi Məsuliyyət subyekti: Sifariş sənədində və ya təhvil aktında adı qeyd olunan Kirayəçi (Məzun), əmlakın daxili daxil olduğu andan geri qaytarıldığı ana qədər onun bütövlüyünə görə tam maddi məsuliyyət daşıyır.
3. İDENTİFİKASİYA VƏ ƏLAQƏ ÖHDƏLİKLƏRİ
3.1. Əmlak Kirayəçiyə təhvil verilərkən, Kirayəçinin və ya onun yaxın ailə üzvünün şəxsiyyətini təsdiq edən sənədin məlumatları verilənlər bazasında qeydiyyata alınır.
3.2. Kirayəçi, onunla birbaşa və operativ əlaqə saxlanılmasını təmin etmək məqsədilə, özünə və ya yaxın ailə üzvünə məxsus aktiv mobil telefon nömrəsini təqdim etməyə borcludur.
4. ƏMLAKIN VƏZİYYƏTİ, QADAĞALAR VƏ MALİYYƏ SANKSİYALARI (CƏRİMƏLƏR)
4.1. İlkin Vəziyyətin Qorunması: Kirayəçi əmlakı hansı funksional və estetik vəziyyətdə təhvil almışdırsa, eyni vəziyyətdə nöqsansız olaraq geri qaytarmalıdır.
4.2. Konstruktiv və Estetik Müdaxilə Qadağası: Geyim üzərində hər hansı konstruktiv dəyişiklik etmək (tikiş icra etmək, kəsmək, yapışdırmaq, parça strukturuna və ya rənginə zərər vurmaq) qəti qadağandır. Bu bəndin pozulması halında Kirayəçiyə 25 (iyirmi beş) AZN məbləğində cərimə tətbiq olunur.
4.3. Hissəvi İtki və ya Yararsızlıq: Geyimin hər hansı bir hissəsinin (lent, şarf, kəmər, düymə və s.) itirilməsi və ya bərpası mümkün olmayacaq dərəcədə zədələnməsi halında 35 (otuz beş) AZN məbləğində cərimə tətbiq edilir.
4.4. Tam İtki və ya Yararsızlıq: Geyimin tamamilə itirilməsi, yaxud təkrar istifadəyə yararsız hala düşməsi halında Kirayəçi Kirayəyə verənə 55 (əlli beş) AZN məbləğində kompensasiya (cərimə) ödəməyə borcludur.
4.5. Aksesuar İtkisi: Tac və digər tamamlayıcı aksesuarların hər birinin itirilməsi, sınması və ya estetik görkəminin korlanması halında 15 (on beş) AZN məbləğində cərimə tətbiq edilir.
MƏXFİLİK SİYASƏTİ
1. FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI VƏ HÜQUQİ ƏSASI
1.1. Bu Məxfilik Siyasəti, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır.
1.2. Kirayə müqaviləsinin tərəflərinin identifikasiyası və mülkiyyət hüquqlarının qorunması məqsədilə Kirayəçidən aşağıdakı fərdi məlumatlar tələb olunur:
- Ad, soyad, ata adı;
- Aktiv əlaqə nömrələri (Kirayəçinin və ya onun yaxın ailə üzvünün);
- Təhsil müəssisəsinin (universitet, məktəb və s.) adı
- Oxuduğu qrupun nömrəsi
- Şəxsiyyəti təsdiq edən sənədin (ŞV) seriyası, nömrəsi və PİN kodu.
2. MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ VƏ İSTİFADƏ HÜDRUDLARI
2.1. Toplanılmış fərdi və identifikasiya məlumatları tamamilə qapalı, şifrlənmiş və üçüncü şəxslərin əli çatmayan daxili idarəetmə (CRM) sistemində saxlanılır.
2.2. Kirayəyə verən, toplanan məlumatları heç bir halda kommersiya, marketinq və ya reklam məqsədilə üçüncü tərəflərə ötürməməyi və satmamağı öhdəsinə götürür.
2.3. Bu məlumatlardan yalnız müqavilə öhdəliklərinin icrası, qaytarılma müddətinin gecikdirilməsi və ya əmlaka zərər vurulması hallarında hüquqi prosedurların (məhkəmə və ya hüquq-mühafizə orqanlarına müraciət) təmin edilməsi üçün istifadə oluna bilər.